четверг, 12 июля 2018 г.


        Soulmate


Uzun zaman idi ki urəyimdə demək istəyib deyə bilmədiyim sözlər,hisslər,fikirlər var idi..Əslində xarakter baxımından çox xəyalpərəst insanam reallığı qəbul etsəmdə sevmirəm.Bir növ buludların ustundə yaşamagı sevirəm..adətən çox insanlar bunu başa duşmur amma heç başa duşulməkdə istəmirəm.Bu dəfə özumlə danışmaq istədiyim mövzu munasibətlərdir.Bu mövzuda həddindən artıq dilemma yaşayıram.Nəzərə alsaq ki həyatım ve mən artıq iki hissədən ibarətik:Avropadan əvvəl və Avropadan sonra bu mövzuda da ikili muqayisə aparacam və dogru hesab etdiyim munasibətin izahını verməyə çalışacam.



Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. (V.Hüqo)

Bəli bu doğurdanda belədir.Yəni kı həyatımıza rəng qatan o rəngləri siləndə sevgidir.Bir duşunək sevib sevildiyimiz  zaman qalxırıq kosmosa.Daha pozitiv daha optimist oluruq.Səhərlər bir mesajla daha gözəl başlayır san ki,gecelər eyni ilə "O"nun mesajı ilə daha xoş olmur mu?! OLUR təbii ki 😇
Əslində bunlar hamısı ağlımızın və " qarnımızdakı kəpənəklərin" nəticəsidir,aşiqlik dövru..Gözlərin çəhrayı eynəklərdəki dövru.Amma ilk oncə butun munasibətlərdən əvvəl və ən onəmlisi özunuzun özunuzlə munasibətinizə aydınlıq gətirin.Bir munasibətə başlamaga hazır deyilsinizə  o munasibətə qəti başlamayın qəti!!!!! İnsanların hissləri ilə oynamaga haqqınlız yoxdur.Həyatınızda biri oldugu zaman özunuz özunuzə sual verin bu insan kimdir və mənim həyatımda hansı statusda və hansl pozisiyadadır.Maximum o insandan ayrı qalmaga çalışın nə zəng edin ne mesaj yazın bu vaxt  bir gunu keçsə o insan sizin insanınız deyil demekdir(P.S bu sırf mənim duşuncəmdir.)


Mən avropadan yaşamazdan əvvəl ki dövrdə "azərbaycan munasibətinə" normal baxa bilmirdim və buna görədir ki munasibət yaşamaq istəyim belə yox idi.İzah edecem niyə :D
Çunki mən insanların gözəl hissləri "gizlinləşdirmələrini" anlaya bilmirdim.Axı nece olur ki iki birbirni sevən insanlar normal göruşə bilmir hökmən nəsə gizlilik olmalıdır.Mən bunu məsələn avropada tanıdığım ,bildiyim heç bir munasibətdə görmədim.Hər şey daha sivil idi.Bir bəyin bir xanımdan xoşu gəlirsə adətən avropada bəyin xanım uçun "qulluq dövru" başlayır.Yəni bəy bir muddet xanıma qulluq etməlidir buna kiçik hədiyyələr,gullər,kiçik surprizlər,kinoya,kafeyə dəvət və ya kiçik  park gəzintiləri aid ola bilər.Romantikdir ?! Təbii ki ! Doğru olanda budur! Çunki munasibet pilləli olmalıdır.İnsanlar bir birlərini muxtəlif situasiyalarda,muxtəlif yerlərdə tanımalıdırlar yoxsa ki "Azərbaycan munasibətindəki "kimi 2 ci göruşdə evlilik planları qurulur :D YOX vallah bu duzgun deyil.Siz munasibətdə oldugunuz insanı həm partnyor həm dost həm yoldaş kimi tanıyıb sevməlisiniz başqa heç bir halda mən munasibətlərə doğru baxmıram.Doğru insan və doğru hisslər sizi evliliyə aparmalıdır.Siz ancaq yalnışını və doğrusunu bildiyiniz insanla "xoşbəxt" bir ömur keçirə bilərsiniz.Digər hallarda isə bu munasibət ya sadece məcburiyyətdən həyat tərzinə çevrilər ya da bəlli bir yerdə bitər.

Keçək bir digər məsələyə guvən və inam məsələsi.Bizim munasibət mentallitetimizin təməlini keçmişin,arxivlərin araşdırılmağıdır.Məsələn sizin 20 yaşınız var siz xanımsınız və həyatınızdakı insan sizin məktəb vaxtı kiməsə gozucu baxmanızı muhakimə edir :D Mən orda olsam deyərəm " get özguvənini  axtar".Bəli, bilirəm keçmiş maraqlıdır amma ki o keçmiş sizin bu gunki gununuzu dəyişmirsə,utanacağınız bir səbəb yoxdursa(varsa belə bunu danmirsinizsa) sonu belə bəlli olmuyan qısa həyatınızı bu cur sohbətlərin muzakirəsinə sərf edəcəksiniz?! Mən məsələn YOX! Mən həyatımı bu gunumlə maximum sabahımla yaşamaq istəyirəm.İnsanlar dəyişilə bilir, bu iki halda baş verir : birinci özləri istəyəndə digəri bir muddətlik gozdən pərdə asmağa.Sizə görə yaxşı tərəfə dəyişilən insanlara dəyər verin.Gözdən pərdə asanların iç uzu onsuzda dəyişilir.Əgər mənim həyatımda olan insanın nə vaxtsa xoşuna gələn biri olubsa və ya alınmayan munasibəti olubsa mən onu niyə muhakimə edim ki?! Bu mənə nə qazandıracaq? Vaxt itkisi məsələn,əsəblər,şubhələr,və bitmək tukənmək bilməyən muzakirələr.Bir insan mənı keçmişimə gore muhakimə edəcəksə onun vereceyi gələcəkdən mən imtina edərəm və qaçaram çunki o insan sevdiyi insanı olduğu kimi qəbul edirsə sevir.
İnsan sevdiyi zaman sevdiyini ən ustdə tutar,hamı bir tətəfə o bir tərəfə.Haqsız oluğu halda belə haqlı çıxarmağa çalışırsa bu sevgidir bu əsl munasibətdir.Yoxsa əgər səbəbli və ya səbəsiz səhvlərinizə gorə sizı əsəb stress yaşadan,başınıza qaxac edən insandan sizə nə sevgi gələr nə xoşbəxtlik.Yalnış insanlar sizi xoşbəxt etməz.



Hətta bir ip belə sizi saxlayar biryerdə əgər siz kanatı oz tərəfinizə çəkməsəniz.Munasibətdə tarazlıq olmalıdır.İnsanlar fərqli istiqamətlərə belə biryerdə baxmağı bacarmalıdır.Mən bunu avropa munsibətlərində gordum.İnsanlar birbirlərinə motivasiya olurlar,həyatda birlikdə inkişaf edirlər.Səyahət etmək, istəyir kənd istəyir rayon,şəhər,ölkə bu sizə munasibətdə çox təcrubələr qazandıracaq.Yol yaxşı dost qazandırar insanın sevdiyinin həmdə yaxşı dostu olmasında gözəl daha nə olsun ki?! Yol səbr göstərər,qayğı gostərər.Munasibət iki nəfərdən ibarətdir bunu her zaman aglınızda saxlayın.Bu temel ve bunövrə kimidir,kök və gövdə kimi yəni biri olmasa o biri mehv olar.Qadınlar gözəl kişilər dərin sevər,qadınlar hemişə sevgilərini göstərməyə çalışarlar kişilər isə bu barədə uzun vaxta adaptasia olarlar.Mənə görə bu vaxt itkisindən başqa bir şey deyil.Əgər bilirsinizsə ki sizin qarşınızdakı insana xos sözlər deməyiniz onu xoşbəxt edəcək axı niyə deməyəsinizki?!Munasibət yalnız iki nəfər sevdiyi və bu munasıbət uçun çalışdığı vaxtda bitməz,hər iki tərəfi xoşbəxt edər.O şəkillərdə,parklarda el ele gəzən bir birinə qol qanad olan nənə babalar var ha onlar bəyəm munasibətdə problem yaşamayıblar ki?! Muharibələr,aclıqlar yaşayan cutluklər olub sizcə onları ne həyatda saxlayıb?!- Yaşam həvəsi və sevgi.Sevgi ən boyuk motivasiyadır AMMA doğru insandan olduğu zaman.Doğru insan siz kosmosu feth etmək istəsəniz belə sizə inanacaq, dastək olacaq sizi sevməyi bacarmayan insan isə sizə çox xəyalpərəst olduğunuzu söyləyəcək fərg ortadadır.Siz hansı insanı sevirsiniz sizə inanan,uğurlarınıza sevinən ya egoizmindən gözu sizin sevginizi görməyən isnanı?!
Yalnış insan sizi geriyə çəkər hədəflərinizi öz istəklərinə uyğun çevirər.Bu bəzən doğurdam qorxuludur.Çunki bəzi insanlar bu sevgidın dəhşətli şəkildə öz istəkləri uçun istifadə edər.Özunuzu unudacaq qədər kimisə sevməyin çunki əksər hallardakı kimi bir qucaq xatirələr və xeyallarınız puçluğu ilə qalarsınız.Yalnız sevgisinə guvəndiyiniz insanları çox sevin.Və sevdiyiniz insanı xoşbəxt etməyə maximum çalışın məncə qısa həyatımızı yalnız sevgi mənalı edər.Bəzi insanlar sevməyi umumiyyətlə bacarmaz ya bilməz nədir,ya qelbi o qədər qırılıbki  artıq bacarmaz daha bir yara bandı  vurmağa.Bİrdə sevirmiş kimi göstərə bilənlər  var hansıları ki mən heç anlamıram axı sevib bir insanı xoşbəxt etməyi bacarmırsınızsa niye başqasının vaxtını,şansını elindən alırsınız ki?! İnsanları bəzən həyatınızdan və özunuzdən uzaqlaşdırmağı bacarmalısınız.Nə qədər çətin olur olsun.
Sevgi sevdiyinin insanın yanında belə ozunu azad və xoşbəxt hiss etməsidir.Mən bunu avropada gördum.Geyim,saç,din,dil və s sərhədlər qoyulmadan insanlar nece gözəl munasibət yaşa bilir.
 Sevdiyiniz insanlara görə dəyişilməyə cəhd edin,ən azı duşunun ki bunu munasibətinizə və sevdiyiniz insana  dəyər verdiyiniz uçun edirsiniz.Bilirsiniz yeni munasibət tapmaq,başlamaq həmişə asandır ama dəyərli olanı qoruyub saxlamaq biraz çətindir çunki dəyərli əsl munasıbət həmişə əmək sərfi istəyər hər zaman qayğı və diqqət istəyər.İnsan sevdiyi insanı ruhu ilə dinləyə bilirsə o onun "SOULMATE"-dir.Umid edirəm hər kəs bir gun solmate -ni tapar.Əgər siz olan problemlərə usyan etdiyiniz zaman qarşınızdakı insan sizi eşitmirsə hiss etmirsə, əslində ağlamaq səbəbinizin munasibəti saxlamaq uçun olduğunu - qapının göstərilməsini gözləməyin sakit sessiz olan hər şeyə görə təşəkkur edib gedin.Dərindən nəfəs alın və qəlbinizə azadlıq verin.Siz qəlbinizi gözəl saxlayın mutləq o qəlbi feth edəcək bir insan bir gun sizi tapar.Sizin qəlbiniz nə qədər qırılsa belı qəlb qırmayın.Əgər sevirsinizsə dəyər verin öZAMANINDA çunki sevgı hər zaman qapımızı döyməz.İstərdim o sevgi qapınızı döyduyu zaman evde olasınız :)
Həyat boomergandır kimə nə arzulasaq o da bizə qayıdar.Oxuyan hər kəsə sevgi arzulayıram.



İndi bir dəniz duşunun mas mavi suları var,ağ qumu.Gunəş orda bir başqa gözəldir.Geceler dənizi işıqlandıran ay ....İndi orda kiminlə birlikdə olmaq istədiyinizi duşunun gözlərinizi yumun ağlınıza gələn insan en saf sevgi bəslədiyiniz insandır.Bu dəqiqə ona onu çox sevdiyinizi yazın:)











P.S) Bu yazımda mənə həmdəm olduğu uçun Sertab Erener -İyileşiyorum və Sezen Aksu mahnılarına təşəkkurlər
















         Soulmate Uzun zaman idi ki urəyimdə demək istəyib deyə bilmədiyim sözlər,hisslər,fikirlər var idi..Əslində xarakter baxımınd...